Cəsarət Valehovun yerinə o təyin olundu - Dosye

 17:47 08.12.2023     4726

Azərbaycan Elm və Təhsil Nazirliyində yeni təyinat olub.

Redaktor.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb və ora Səbuhi Rzayev müdir təyin olunub.

Qeyd edək ki, Səbuhi Rzayev buna qədər nazirliyin Vətəndaş müraciətləri ilə iş və kommunikasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu vəzifəsinə kimi isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərib.

1988-ci il təvəllüdlü S.Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və İngiltərənin York Universitetinin məzunu olub.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov vəzifəsindən azad olunub.

Humay İSGƏNDƏRLİ