"Yeni yaradılan kollec din xadimləri ilə bağlı olan tələbata müsbət töhfəsini verəcək" - Deputat

 17:08 11.12.2023     247

Xəbər verdiyimiz kimi, Azərbaycan İlahiyyat İnstitutu publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Yeni açılan kolleclə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədovun fikrincə, bu, çox önəmli bir qərardır.

"2018-ci ildə cənab Prezidentin bilavasitə diqqət və qayğısı ilə Azərbaycanda İlahiyyat İnstitutu yaradıldı. Hazırda da kollec yaradıldı. Bu kollecin yaradılması çox önəmlidir. Çünki birdən-birə bizim vətəndaşlarımız instituta daxil olarkən onlar əvvəldən dini biliklər almadığına görə tədris prosesinə çox ciddi bir təsir göstərirdi. Kollecin yaradılması ilə artıq hesab edirəm ki, bu prosesə öz töhfəsini verəcək. Eyni zamanda, bu gün din xadimləri üçün də belə bir kollecin olmasına ehtiyac var idi. Kollecin yaradılaraq fəaliyyət göstərməsi, müəyyən addımların atılması çox önəmli idi. Eyni zamanda, birmənalı olaraq hesab edirəm ki, din xadimləri ilə bağlı olan tələbata da müsbət töhfəsini verəcək. Hesab edirəm ki, bu, Azərbaycanda ən önəmli və mühüm qərarlardan biri kimi qiymətləndirilməlidir", - deyə millət vəkili qeyd etdi.

Həmidə İBRAHİMLİ