Direktorun müəllimi döydüyü deyilən məktəbə komissiya göndərildi

 11:02 12.12.2023     841

Xəbər verdiyimiz kimi, Samuxda məktəb direktorunun müəllimi döydüyü iddia edilir. İddiaya görə, hadisə Qarayeri qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbdə olub.

İbtidai sinif müəllimi Şəhla Quliyevanın sözlərinə görə, məktəbin yeni direktoru vəzifəyə təyin olunduğu gündən onunla kobud davranıb. Sonuncu mübahisə isə xoşagəlməz halla nəticələnib.

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı bunu Gəncə-Daşkəsən Təhsil İdarəsinin inzibati təşkilat sektorunun məsləhətçisi, ictimaiyyətlə əlaqə üzrə məsul şəxs Raminə Məmmədova bildirib ki, direktorun müəllimi döyməsi ilə bağlı məsələ araşdırılır.

O qeyd edib ki, məktəbə komissiya göndərilib.

"Birazdan bizim komissiya üzzvlərimizi məktəbə yaxınlaşacaq. Məsələ araşdırılacaq. Günün sonunda biz mediaya açıqlama verəcəyik", - R.Məmmədova vurğulayıb.(Modern)