Qızılcaya görə məktəblər bağlanacaq? - Nazir AÇIQLADI

 13:52 12.12.2023     699

Qızılcanın yayılmasında azalma var.

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

“Valideynlər övladlarını düzgün qaydada peyvəndləməlidir ki, bir daha belə hallar yaşanmasın. Hazırda bütün məktəblərin distant təhsilə keçməsi düşünülmür. Böyük qapanmalar olacağı ehtimal edilmir.

Ola bilər ki, yenə də ayrı-ayrı məktəblərdə və ya siniflərdə o hallar olsun. Hələlik bilirsiniz ki, bir məktəbdə belə hal olub. Hələlik riskli hallar müşahidə olunmur”, - deyə nazir bildirib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir.

Uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədil ilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.