Təhsil haqlarına yenidən baxılmalıdır - Nazir
Peşə təhsili haqlarında bəzi dəyişikliklər ehtiyac var. Bəzi ixtisaslar var ki, orada rəqabətli kadrlar hazırlanmalıdır.
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı deyib.
"Məsələn, aşpaz ixtisası kifayət qədər mürəkkəbdir. Dünyada aşpaz standartı müxtəlif mətbəxləri bilən, qidanı təqdim etmədən ayrı-ayrı dad almağı bacaran şəxsidir. Bunun hazırlığı kifayət qədər bahadır. Məsələn, 5 ulduzlu hotel üçün yaxşı aşpaz hazırlamaq baha başa gəlir. Biz bunu başa düşməsək və ildə 500 manata aşpaz hazırlasaq, nəticə etibarilə əmək bazarında rəqabətli ixtisasa sahib şəxs olmayacaq. Ona görə də qoyulan investisiya ilə kadrın rəqabətliliyi arasında əlaqəni qiymətləndirmək lazımdır",- nazir əlavə edib.