"Əməkhaqqı artımından sonra direktor olmaq istəyənlər çoxalıb"

Bu gün 896 direktor 2 050 manat orta aylıq əməkhaqqı alır.
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışında deyib.
O bildirib ki, əvvəl kimsə direktor olmağa maraq göstərmirdi, amma əməkhaqqı artımından sonra istək çoxalıb:
"2 691 direktor müavini 1 350 manat orta aylıq əməkhaqqı alır".