"Bir şagirdin təhsili üçün 7 min manat xərclənir"
Bu gün bir şagirdin təhsili üçün 7 min manat xərclənir.
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.
"Bu da, demək olar ki, özəl təhsil müəssisəsi ilə eynidir. Amma nəticə aşağıdır. Bakıda ən böyük tutumu olan məktəbin bir şagirdi üçün bu rəqəm 600 manat, ucqar kənddə 30 min manatdır. Bu da paylanma baxımından doğru deyil. Dövlət vəsaitindən daha səmərəli, nəticəyönümlü xərclənməsi istiqamətində rasionallaşdırma tədbirlərini davam etdirəcəyik", - nazir vurğulayıb.