"Hələ də müəllim peşəsi qadın işi kimi qəbul edilir" - Məleykə Abbaszadə

 12:23 15.12.2023     751

"Təxminən 5-10 ildən sonra məktəblərdə tədris etdiyi fənni güclü bilən müəllimlər işləyəcək".

Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, pedaqoji ixtisaslara qəbulla bağlı araşdırmalar aparılıb.

"Nəticəyə əsasən 2009-cu ildən bu ixtisas üzrə qəbul planı artıb. Bu ilki qəbulun 20 faizini məhz pedaqoji ixtisas təşkil edib. Hələ də müəllim peşəsi qadın işi kimi qəbul edilir. Oğlanlar əsasən texnologiya sahəsi üzrə görülür. Bu il pedaqoji ixtisaslar üzrə abituriyentlərin orta bal göstəricisi 343 olub və bu riyazi üsullarla hesablanıb" - DİM sədri deyib.