Müəllimlərin XVI qurultayı başa çatdı - FOTOLAR
Dekabrın 16-da Azərbaycan müəllimlərinin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş XVI qurultayı başa çatıb.
Redaktor.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev, ali məktəblərin rektorları və digər rəsmi şəxslər iştirak ediblər.
Bağlanış mərasimində Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri vəzifəsini icra edən Leyla Xəlilova Rzazadə qurultayın qətnaməsini oxuyub. Ardınca isə qətnamə qəbul edilib.
Sonra Azərbaycan Prezidentinin Sərəncamı ilə təsis edilmiş ali təhsilin bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 tələbəyə “Heydər Əliyev adına təqaüd” təqdim olunub.
Qurultay konsert proqramı ilə başa çatıb.