"Peşə təmayüllü siniflər" layihəsinin hesabat tədbiri keçirilir
"Peşə təmayüllü siniflər" layihəsinin hesabat tədbiri keçirilir.
Redaktor.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd layihənin pilot olaraq fəaliyyət göstərdiyi 2019-2020, 2020- 2021, 2021-2022-ci tədris illəri ərzində fəaliyyətinin yekunlarına dair məlumatı ictimaiyyətə təqdim etmək, əldə edilən uğurları bölüşmək, gələcəkdə nəzərdə tutulan fəaliyyətlərdən bəhs etmək olub.
İştirakçılar Peşə təmayüllü sinif şagirdlərinin hazırladıqları əl işlərindən ibarət sərgi stendlərinə baxış keçirdikdən sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müşaviri Elnur Əliyev tərəfindən tədbir rəsmi olaraq açıq elan edilib. Hesabat tədbirində çıxış edən Təhsil nazirinin müavini Həsən Həsənli layihənin əhəmiyyətindən danışıb.
Peşə təmayüllü siniflərin fəaliyyətindən bəhs edən videoçarxın izlənilməsinin ardından layihənin rəhbəri Xanım Şabanova 2019-2023-cü tədris illərində əldə edilən keyfiyyət nəticələrini özündə əks etdirən təqdimatı ictimaiyyətlə bölüşüb. Qeyd edilən məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Çıxış edənlər arasında Peşə təmayüllü siniflərin şagird, valideyn və məzunları da olub.
Humay İSGƏNDƏRLİ