"Bu modelin dünyada analoqu yoxdur" - Xanım Şabanova
"Mən bu layihəyə 2019-cu ildə qoşulanda layihə 20 məktəbdə və 20 sinifdə həyata keçirilirdi".
Redaktor.az xəbər verir ki, bunu "İlkin bacarıqlardan davamlı inkişafa" Peşə təmayüllü siniflərin hesabat görüşündə "Peşə təmayüllü siniflərin təşkili" layihəsinin rəhbəri Xanım Şabanova deyib.
O bildirib ki, bu modelin dünyada analoqu yoxdur:
"Fəaliyyətə başlayanda məktəblərdə uşaqlardan təəssüratını alırdım, vəziyyət heç də ürəkaçan deyildi. Hətta valideynlər deyirdi ki, niyə mənim uşağımın adını peşə təmayüllü sinifə yazdırırsınız. 44 günlük Vətən mübaribəsində internetdən asılı olaraq peşə təmayüllü sinifin fəaliyyətində fasilə yarandı. Layihənin uğurlarına qayıdandan, son 3 ilə diqqət çəkmək istəyirəm. Peşə təmayüllü sinifin adı gələndə artıq xoş təəssürat alırıq".
Humay İSGƏNDƏRLİ