İşğaldan azad edilən ərazilərdə peşə təmayüllü siniflər yaradılacaq
İşğaldan azad edilən ərazilərdə peşə təmayüllü siniflərin həyata keçirilməsi məsələsinə baxılacaq.
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli jurnalistlərə açıqlamasında deyib.
"Artıq azad edilən ərazilərdə ümumtəhsil müəssisələri fəaliyyətə başlayıb. Düşünürük ki, təmayülləşmənin düzgün təşkili üçün əhalinin işğaldan azad edilən zonalara qayıdışı mərhələli olduğuna görə, saylar artdıqca ərzilərdə peşə təmayüllü siniflərin təşkilinə baxılacaq",- deyə o bildirib.
Humay İSGƏNDƏRLİ