"Peşə təmayüllü siniflərdə çox ciddi izləmə mexanizmi var"
"Peşə təmayüllü siniflərdən danışırıqsa, burada çox ciddi izləmə mexanizmi var. Peşə yönümünün təşkili vacib istiqamətlərdən biridir".
Bunu Redaktor.az-ın sualına cavab olaraq Təhsil nazirinin müavini Həsən Həsənli söyləyib.
"Bu iş peşə təhsil müəssələrinin özündə də keçirilir ki, məzunların gələcək fəaliyyətini izləyə bilək. Elektron məlumat bazalarının inteqrasiyası aparılıb. Həmçinin sorğular təşkil olunur ki, biz həm də özümüz başa düşək ki, bu iş harada daha səmərəli təşkil olunub", - deyə o vurğulayıb.
Humay İSGƏNDƏRLİ