Emin Əmrullayev 2 Regional Təhsil İdarəsinə yeni müdir TƏYİN ETDİ - FOTO

 14:39 19.12.2023     1740

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Şəki - Zaqatala Regional Təhsil İdarəsinin müdiri Mehdiyev Bəhruz Yusif oğlu Lənkəran - Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Bu barədə Redaktor.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Şəki - Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası isə regional idarənin müdir müavini Mahmudova Günay Rasim qızına həvalə edilib.

Qeyd edək ki, bundan öncə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Coşqun Əliyev Quba-Xaçmaz Regional Təhsil İdarəsinə müdir təyin edilib.

Elm və Təhsil Nazirliyindən YENİ TƏYİNATLAR (FOTO)

Elm və Təhsil Nazirliyindən YENİ TƏYİNATLAR (FOTO)