Azərbaycanda 1 şagirdi olan 7 məktəb var

 14:41 20.12.2023     1172

Hazırda Azərbaycanda ən az və ən çox şagirdi olan məktəblərin sayı və onların harada fəaliyyət göstərdiyi maraq doğurur.

Redaktor.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən modern.az-a bildirilib ki, hazırda Azərbaycanda sadəcə 1 şagirdin təhsil aldığı 7 məktəb fəaliyyət göstərir.

Bu məktəblərdən 1-i Ağsu rayonunda, 2-si İsmayıllıda, 2-si Lerikdə və 2-si Qubada yerləşir.

Elm və Təhsil Nazirliyi şagird sayı ən çox olan məktəblərin də harada olduğuna aydınlıq gətirib.

Bildirilib ki, şagird sayı 4000-dən çox olan 10 məktəb var ki, bunlardan 3-ü Abşeron rayonunda, 7-si isə Bakı şəhəri ərazisindədir.

Azərbaycanda şagird sayı 5000-dən çox olan 3 məktəb var ki, bunlardan 1-i Bakı şəhərində, 2-si isə Abşeron rayonunda fəaliyyət göstərir.