BDU-nun soyuq otaqları etiraza səbəb oldu - FOTO
Bildiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən noyabrın 15-dən Bakıda və ölkənin digər bölgələrində istilik mövsümü başlayır.
Ölkədəki ali təhsil müəssiləri də elə həmin dövrdə payız-qış mövsümünə hazırlaşır və ali təhsil müssisəsinin binası və müvafiq korpusları istiliklə təmin olunur.
Lakin Bakı Dövlət Universitetində (BDU) sadaladıqlarımıza əməl edilməyib.
Redaktor.az xəbər verir ki, bu barədə BDU-nun tələbələri sosial şəbəkələrdə yazıblar. Belə ki, noyabrda istiliklə təmin olunmalı olan universitet 1 aydan çox müddətdə dərs otaqlarını istliklə təmin etməyib. Ötən günlər ərzində ölkədəki kəskin hava şəraitində buz kimi otaqlarda dərsdə oturan tələbələrdən bəzilərinin səhhətində də problemlər yaranıb. Qrip olublar, yüksək hərarətləri olub və nəticə etibarilə də dərsdə iştirak etməyiblər. Tələbələrin "istiliyi qoşun" müraciətini isə universitet rəhbərliyi qulaq ardı edib.
Çox yaxşı bilirik ki, noyabrın 15-də istilik mövsümü başlayırsa, oktyabr ayından bu hazırlıq başlamalıdır. Bəs Bakı Dövlət Universiteti niyə bunu nəzərə almayıb? Nə üçün tələbələr soyuq otaqlarda təhsil almalıdır? İstilyi təmin etmək yerinə, BDU hansı işlərlə məşğul olub?
Dağlıq və dağətəyi rayonlarda siniflər köhnə odun sobaları ilə isidilir. Şagirdlərin təhsilində kənarda qalmaması üçün o kənd məktəblərində maksimum addımlar atılır. Amma Bakının mərkəzindəki köklü bir universitetdə 1 aydan çox istilik sisteminin işləməməsi suallar doğurur...
Humay İSGƏNDƏRLİ