"Müəllimlərin haqlı etirazını qəbul edirəm"

 15:44 22.12.2023     1987

Bildiyimiz kimi, ötən gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı məlumata əsasən, 2023-cü ildə paytaxtın ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 976 manat təşkil edib.

Ancaq sosial şəbəkələrdə bu xəbəri görən müəllimlər həmin məbləği təkzib edirlər. İddia edirlər ki, 976 manat həqiqəti əks etdirrmir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi dedi ki, BŞTİ açıqladığı rəqəm qurumun tabeliyində olan təhsil müəssisələrindəki müəllimlərin birgə aldıqları orta aylıq əmək haqqıdır:

"Yəni bu orta aylıq əməkhaqqı o demək deyil ki, hər kəs bu əməkhaqqını alır. Bu ümumi təhsil verənlərin hamısının aldığı əməkhaqlarının ortasıdır. Yəni biz deyə bilmərik ki, bütün müəllimlər o qədər maaş alır. Müəllimlərin haqlı etirazını təbii ki, mən qəbul edirəm. Kimsə 350-400 manat əməkhaqqı alırsa, o, əlbəttə deyəcək ki, mən o qədər almıram. Sadəcə, diqqət yetiriləcək məqam məhz ümumi çalışan müəllimlərin hamısının aldıqları əməkhaqqının orta həddidir. Yəni orta aylıq əmək haqqı 976 manatda dayanır, bu amil də nəzərə almalıdırlar".

Humay İSGƏNDƏRLİ