Kişi müəllimlərimiz niyə azdır? - Deputat: "Bu məsələdə hökm vermək olmaz"
Bildyimiz kimi, həm regionlarda, həm də paytaxtda fəaliyyət göstərən kişi və qadın müəllimlər arasında kəskin fərq var.
Belə ki, 33 min 312 müəllim paytaxt Bakıda fəaliyyət göstərir ki, onlardan 2590 nəfəri kişi müəllimdir. Regionlarda isə 110 min 433 nəfər müəllimimiz var ki, onlardan 19 min 871 nəfərini kişi müəllimdir.
Bəs, kişi müəllimlərin sayını artırmaq üçün hansı addımlar atıla bilər? Hansı güzəştlər tətbiq etməklə onları müəllimliyə cəlb edə bilərik?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı dedi ki, hər hansı peşəni seçmək və ya seçməmək vətəndaşın hüququdur:
"Harada işləmək istəyir və ya istəmir, o da vətəndaşın hüququdur. Ona görə bu məsələdə hökm vermək olmaz".
Humay İSGƏNDƏRLİ