XII sinifdə təhsil alanların sayı açıqlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 676 təhsil müəssisəsi fəaliyyət göstərir.
İdarədən Redaktor.az-a verilən xəbərə görə, BŞTİ-nin tabeliyindəki məktəblərdə 505 470 şagirdin təlim-tərbiyəsi ilə 29 544 müəllim məşğul olur.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 42 226, IX siniflərində 43 490, XI siniflərində 28 288, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 166 nəfər təhsil alır.