Məktəb direktorları müəllimlər arasından seçiləcək - Nazir

 12:23 29.12.2023     317

İbtidai sinif və Azərbaycan dili müəllimləri birinci mərhələdə, demək olar ki, tam sertifikatlaşdırılıb. Birinci mərhələdə uğur qazana bilməyənlərə bu yay yenidən şans veriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə "AzTV"yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev məlumat verib.

Nazir bildirib ki, 2024-cü ildə riyaziyyat və xarici dil fənləri üzrə sertifikatlaşdırma imtahanı olacaq. Emin Əmrullayev vurğulayıb ki, 2026-cı ilə qədər ölkədə 137 minə yaxın müəllimin sertifikasiyadan keçməsi planlaşdırılır.

O xatırladıb ki, sertifikasiya prosesində uğur qazanan müəllimlərin əməkhaqlarına əlavələr ediləcək. Nazir müəllimlərin maaşlarının artdığını və bu artımın davam edəcəyini bildirib.