Şəhid atası kollecə direktor təyin olundu
Astara Pedoqoji Kollecinə direktor təyin olunub.
Redaktor.az xəbər verir ki, bu vəzifəyə filologiya elmləri doktoru Kamran Kazımov təyin edilib.
Kamran Kazımov bu vəzifəyədək Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru işləyib.
Qeyd edək ki, Lənkəran rayonunun Yuxarı Nüvədi kəndindən olan Kamran Kazımov Vətən müharibəsi şəhidi Vüsal Kazımovun atasıdır.