Ötən il 526 nəfər fəlsəfə doktoru elmi dərəcəsi aldı

 19:15 02.01.2024     1006

Ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 526 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Bu barədə Redaktor.az-a Ali Attestasiya Komissiyasından məlumat verilib.

Qeyd olunub ki, ən çox elmi dərəcə 156 olmaqla filalogiya elmləri üzrə verilib. Mexanika, astronomiya, antropologiya, memarlıq üzrə isə ötən il fəlsəfə doktoru dərəcəsi alan olmayıb.