Naxçıvan təhsilində ilk - rəhbər vəzifələrə işə qəbul müsabiqəsi keçiriləcək
Naxçıvanda ilk dəfə olaraq direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsi keçiriləcək.
Redaktor.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün işə qəbul müsabiqəsinin test mərhələsi təşkil olunacaq.
Müsabiqə saat 11:00-da Naxçıvan Şahmat Mərkəzində keçiriləcək.
Namizədlər imtahana gələrkən özləri ilə birlikdə gətirməlidirlər:
-şəxsiyyət vəsiqəsi
-göy rəngli diyircəkli qələm
Müsabiqə zalına gətirmək qadağandır:
- mobil telefon və digər rabitə vasitələri
- ağıllı saat
- kağız, yazılı qeyd kimi köməkçi vasitələr və s.