Azərbaycan Milli Konservatoriyasında imtahan sessiyası başlayıb

 18:50 08.01.2024     1274

Azərbaycan Milli Konservatoriyasında 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

Redaktor.az xəbər verir ki, bu gün Azərbaycan Milli Konservatoriyasında müxtəlif fənlərdən şifahi, yazılı, nəzəri məşğələ, fərdi imtahanlara start verilib.

İmtahanlar üçün müəllimlərdən ibarət komissiya təsdiq olunub.

Azərbaycan Milli Konservatoriyasının imtahan mərkəzinin rəhbəri Leyla Quliyevadan aldığımız məlumata görə, imtahan bir ay müddətində davam edəcək. 

O qeyd edib ki, Azərbaycan Milli Konservatoroyasında ifaçılıq, milli musiqinin nəzəriyyəsi fakültələri mövcuddur. Bu fakültələr üzrə kafedralar fəaliyyət göstərir. Əyani, qiyabi və bakalavr, magistr dərəcələri üzrə imtahanlar bir ay müddətində hər gün üçün nəzərdə tutulub.

H.İBRAHİMLİ

222222