Ötən il fəlsəfə doktoru elmi dərəcəsi verilən qadınların sayı AÇIQLANDI

 23:43 12.01.2024     283

2023-cü il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən fəlsəfə doktoru elmi dərəcəsi verilmiş kişi və qadın iddiaçıların sayı açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ali Attestasiya Komissiyasından məlumat verilib.

Bildirilib ki, ötən il 526 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Onlardan 126-sı kişi, 400-ü qadındır.