Sertifikasiya imtahanında suallar üç cür olacaq
Xəbər verildiyi kimi, bu il riyaziyyat-informatika, xarici dil ( İngilis, rus, fransız, alman), tarix və coğrafiya fənnlərindən dərs deyən müəllimlər sertifikasiya imtahanlarına cəlb olunacaqlar.
2024-cü ildə təşkil ediləcək təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahan mərhələsinin qiymətləndirmə çərçivəsi də artrıq açıqlanıb.
Redaktor.az xəbər verir ki, Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva bildirib ki, suallarla bağlı dəyişiklik yoxdur.
60 sualdan 50-si ixtisas, 10-u isə metodika və pedaqogika üzrə təqdim olunacaq.
N.Mehdiyeva deyib ki, rus dili və ədəbiyyatı fənni üzrə sualların 30-u dil, 20-si ədəbiyyat, 10-u metodika və pedaqogikadan düşəcək.
Fənlər üzrə suallar asan, orta və çətin olmaqla üç kateqoriyaya bölünəcək.
Fəaliyyət dövrünün beş ili tamam olmuş müəllimlər də sertifikatlaşdırmaya cəlb olunacaqlar.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi 2024-cü ildə keçirələcək sertifikasiya imtahanlarının vaxtını aşağıdakı kimi müəyyən edib:
Riyaziyyat - İnformatika fənn müəllimləri - fevral ( I zona) və mart ( II zona) ayi;
Xarici dil (İngilis, rus, fransız, alman) - may ( I zona) və iyun ( II zona) ayı;
Tarix və coğrafiya - avqust ( I zona) və sentyabr ( II zona) ayı.