6 nömrəli məktəbdə şagirdə qarşı seksual hərəkətlərlə bağlı araşdırma aparılır

 13:56 24.01.2024     2832

Xəbər verdiyimiz kimi, Bakıda 6 nömrəli məktəb-liseydə 2-ci sinif şagirdinə qarşı 7-ci sinif şagirdləri tərəfindən cinsi seksual hərəkətlər edilməsi ilə bağlı xəbərlər son günlər gündəmi zəbt edib.

Belə ki, Bakı şəhər sakini Əliyeva Nuridə Adnan qızı (ad,soyad şərtidi) bildirib ki, şəhər 6 nömrəli məktəbin 2-ci sinif şagirdi S.Əliyev (ad, soyad şərtidi) həmin məktəbin 7- ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi seksual hərəkətlərə təhrik edilib.

Məsələ ilə bağlı Redaktor.az məktəblə əlaqə saxladı.

Məktəbdən bildirildi ki, hazırda müstəntiqlər tərəfindən müəyyən tədbirlər görülür:

"Nə lazımdırsa, Elm və Təhsil Nazirliyi, hüquq-mühafizə orqanları bu işlə məşğuldurlar".

Qeyd edək ki, məktəbdən əlavə məlumat verilmədi.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən saytımıza bildirildi ki, hələlik hadisə ilə bağlı araşdırma aparılır və nəticəsi barədə məlumat veriləcək.

Həmidə İBRAHİMLİ