İmtahandan sonra halı pisləşən tələbə vəfat etdi

 16:28 30.01.2024     440

30.01.2024-cü il tarixində Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 2-ci kurs tələbəsi Nəcəfzadə Xumar Uqab qızının imtahandan sonra halı pisləşib və vəfat edib.

Bu barədə Redaktor.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib.

Bildirilib ki, mərhumun ailəsi tərəfindən verilən məlumata əsasən o, əvvəllər baş ağrıları və narahatlıq yaşayıb.

Hadisə ilə bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırılma aparılır.(APA)