9-cu sinif şagirdi vəfat etdi
Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına liseyin 9-cu sinif şagirdi vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə liseyin feysbuk səhifəsində məlumat verilib.
"Dərin hüzn və kədər hissi ilə bildiririk ki, əziz şagirdimiz Nuray Əmirli xəsətəlik səbəbindən dünyasını dəyişib. O, kompleksin 9-cu sinif şagirdi idi. Şagirdimizə Allahdan rəhmət, ailəsinə səbir diləyirik", - paylaşımda bildirilib.
T.İSMAYIL