Bu türk dövlətində məktəblərdə mobil telefonlardan istifadə qadağan EDİLDİ
Qazaxıstan Senatı məktəblərdə dərs zamanı mobil telefonların qadağan edilməsi haqqında qanun qəbul edib.
Redaktor.az xəbər verir ki, fevralın 1-də Qazaxıstan parlamentinin Senatı (yuxarı palatası) təhsil və mentorluq qanunvericiliyinə dəyişikliklər haqqında qanunu təsdiqləyib.
Qanun məktəblərdə dərslər zamanı mobil telefonların istifadəsinə qadağa qoyulmasını təklif edir.
"Qanun orta təhsil müəssisələrində abunəçi mobil rabitə cihazından istifadə qaydalarının təsdiqlənməsini, sınaqdan keçirilmədən birinci sinfə qəbul edilməsini, uşaq bağçalarına yerlərin verilməsi üçün vahid qaydanın təmin edilməsini, təhsil təşkilatlarında zorakılığı təbliğ edən, intihara səbəb olan dini xarakterli məlumatların yayılmasının qarşısını almaq üçün tədbirlərin görülməsini nəzərdə tutur", - məlumatda deyilir (apa).