Prezidentin mükafatlandırdığı gənclərdən 4-ü BDU-nun tələbə və məzunudur - ADLAR

 15:39 01.02.2024     674

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 gəncə 2024-cü il Gənclər üçün Prezident mükafatı verilib.

Redaktor.az xəbər verir ki, onlardan 4-ü – Gülnar Abdullayeva 2016-cı ildə BDU-nun Biologiya, Ulucay Məmmədov 2019-cu ildə Jurnalistika, Fatimə Məmmədova 2023-cü ildə Mexanika-riyaziyyat fakültələrini bitirib, Pərviz Mirələmli isə hazırda BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində magistratura təhsili alır.