Qarabağ Universitetində ixtisasların və təhsil alacaq tələbələrin sayı AÇIQLANDI
Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində bakalavr səviyyəsi üzrə 20 ixtisas üzrə tədris aparılacaq.
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini bildirib ki, növbəti mərhələdə 10 istiqamət üzrə ixtisaslar olacaq.
"Həmin universitetdə mərhələli şəkildə 10 min şəxsin təhsil alması nəzərdə tutulur", - deyə İsayev əlavə edib.
Nazir müavini deyib ki, Qarabağ Universitetinin tələbələrinə təqaüd təyin olunacaq. Onun sözlərinə görə, universitetdə tələbələr üçün yataqxananın olması nəzərdə tutulur:
"Ali təhsil müəssisəsində 70 nəfər işçi heyətinin olması planlaşdırılır. Universitetin bir neçə tədris korpusu olacaq. İlk mərhələdə tələbələr dövlət vəsaiti hesabına təhsil alacaqlar".