Naxçıvanda bu gün 497 nəfər bakalavr magistraturaya imtahan verdi

 17:02 11.02.2024     580

Naxçıvanda magistraturaya qəbul imtahanı keçirilib.

Redaktor.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında imtahan üçün 2 bina ayrılıb.

İmtahanlar Naxçıvan şəhər 5 nömrəli və 14 nömrəli tam orta məktəbdə keçirilib. İmtahanda Naxçıvan üzrə 497-i bakalavr iştirak edib. Naxçıvanda imtahanın idarə olunmasına 2 ümumi rəhbər, 6 imtahan rəhbəri, 48 nəzarətçi-müəllim cəlb olunub.