Bu institutda şöbə müdiri və 4 elmi işçi işdən çıxarıldı

 12:20 13.02.2024     441

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Direktorlar Şurasının ilk iclası keçirilib.

Redaktor.az xəbər verir ki, iclasda AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda əmək intizamının vəziyyəti haqqında məsələ geniş müzakirə olunub və müvafiq qərar qəbul edilib.

Memarlıq və İncəsənət İnstitutunda əmək intizamı sahəsində yol verilmiş nöqsanlara görə İnsan resursları şöbəsinin müdiri, müxtəlif elmi-tədqiqat şöbələrində çalışan 4 nəfər elmi işçi tutduqları vəzifələrdən azad ediliblər. İnstitutun bir neçə nəfər əməkdaşına əmək intizamı sahəsində yol verdikləri nöqsanlara görə töhmət elan olunub.