Bakıda ibtidai sinif şagirdi ilə kobud davranan müəllimə töhmət VERİLDİ

 17:21 14.02.2024     936

Bakıda ibtidai sinif şagirdi ilə kobud davranan müəllimə töhmət verilib.

Bu barədə Redaktor.az-a 249 nömrəli tam orta məktəbdən bildirilib.

Qeyd olunub ki, məktəbin ibtidai sinif müəlliminin III sinif şagirdinə psixoloji təzyiq göstərməsi ilə bağlı valideyn tərəfindən sosial şəbəkədə yayılan məlumatla əlaqədar 249 nömrəli tam orta məktəbdə (24-25.01.2024-cü il) araşdırma aparılıb:

"Araşdırma zamanı müəllimin şagirdə psixoloji təzyiq göstərmədiyi, dərsə məsuliyyətsiz yanaşdığı üçün tənbeh etdiyi məlum olub. Məktəb rəhbərliyi tərəfindən uşağa fərdi yanaşmadığına, yaş xüsusiyyətini nəzərə almadığına, pedaqoji və psixoloji amillərə həssaslıq göstərmədiyinə, “Müəllimlərin etik davranış qaydaları”na riayət etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, müəllimə töhmət verilib. Belə hallara təkrar yol verildiyi təqdirdə daha ciddi tədbirlər görüləcəyi bildirilib".