32 minə yaxın müəllimin əməkhaqqına əlavələr ödənilir
Azərbaycanda 32 minə yaxın müəllimin əməkhaqqına əlavələr ödənilir.
Redaktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, ümumi təhsil müəssisələrinin direktorlarının aylıq əməkhaqqına şagird sayından asılı olaraq əlavələr tətbiq edilir: "Əməkhaqqına əlavələrin tətbiq edildiyi direktorların rəhbərlik etdiyi müəssisələrdəki şagird sayı ölkədəki bütün şagirdərin 64% -ni təşkil edir. Bundan başqa, təhsilverənlərin sertifikatlaşdırılması nəticələrinə müvafiq olaraq keçən il 23 mindən çox, 2022-ci ildəkilərə görə isə 9 minə yaxın müəllimin əmək haqlarına əlavələr tətbiq olunub".