Subbakalavrların sənəd qəbulunun vaxtı AÇIQLANDI

Subbakalavrların sənəd qəbulunun vaxtı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən Redaktor.az-a verilən xəbərə görə, imtahan vermədən müvafiq ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavrlar 11 may – 31 iyul tarixlərində qeydiyyatdan keçməlidirlər.
Ümumi qaydada imtahanlarda iştirak edərək ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar isə 1 – 15 mart tarixlərində qeydiyyatdan keçə bilərlər.