Azərbaycanda daha bir məktəbli VƏFAT ETDİ

 11:20 19.02.2024     1789

Qusar rayonunda məktəbli qız vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə Qusar şəhər 4 nömrəli tam orta məktəbi məlumat yayıb. Məlumata görə, məktəbin 7 A sinif şagirdi Naida Namiq qızı Yarəhmədova dünyasını dəyişib.

Leykoz xəstəliyindən əziyyət çəkən məktəblinin bir neçə gün öncə vəziyyəti pisləşib. O, paytaxtdakı xəstəxanaların birinə yerləşdirilib.

Amma onun həyatını xilas etmək mümkün olmayıb.

Məktəbli ötən gün Qusar şəhərində dəfn olunub.

Allah rəhmət eləsin!