Valideynlərin NƏZƏRİNƏ - Məktəblərdə bu arayış TƏLƏB EDİLƏCƏK

 16:20 19.02.2024     6099

"Son günlər orta məktəbdə, kollec və universitetlərdə şagird və tələbələrdən sağlamlıq haqqında arayışın tələb olunması ilə bağlı müraciətlər daxil olur. Hətta sağlamlıq haqqında arayışı təqdim etməyən şagirdlərin buraxılış imtahana buraxılmayacağı deyilir".

Redaktor.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov öz feysbulunda pylaşımında qeyd edib.

“Bu istək və tələbin heç bir hüquqi əsası yoxdur. Qüvvədə olan qanunvericilik aktlarına görə şagird ancaq 1-ci sinifə gedəndə, tələbə 1-ci kursa daxil olanda, işçi ilk dəfə işə qəbul olunanda o sağlamlıq haqqında arayışı təqdim etməlidir.

Yəni bu o deməkdir ki, həmən şəxs sağlamdır.

Daha şagirddən, tələbədən ildə bir dəfə sağlamlıq haqqında arayışı tələb etmək olmaz. Çünki heç bir normativ hüquqi aktlarda belə bir hal nəzərdə tutulmur.

Buraxılış imtahanında isə, Dövlət İmtahan Mərkəzi pandemiya dövründə yoluxma ilə bağlı bəyənnamə təqdim edirdi, onu da imtahan iştirakçısı imzalayırdı ki, bütün məsuliyyəti özüm daşıyıram.

Sadəcə olaraq, təhsil müəssisələri şagird, tələbə dərsə iştirak etməyəndə ondan mövcud vəziyyəti təsdiq edən xəstəlik haqqında arayış tələb edə bilər. Yəni həqiqətən də sən xəstə idin. Amma universitet və kolleclər o xəstəlik haqqında arayışı üzürlü hal hesab edib sizin qayıblarınızı ləğv etmir.

Yəni siz xəstəlik haqqında arayış təqdim edib qayıbdan azad olmursunuz.

Təhsil müəssisələrinin mütəmadi olaraq təhsil alanlardan sağlamlıq haqqında arayışı tələb etmək hüququ yoxdur və bu mövcud qanunvericikdə nəzərdə tutulmur",- deyə ekspert əlavə edib.

Sultan Ayxan