Dövlət imtahanından azad olunan tələbələr diplomu belə ALACAQ

 17:26 21.02.2024     242

Yekun dövlət attestasiyasından (dövlət imtahanı) azad olunan tələbələrin təhsil proqramları sonuncu semestrdə təcrübə ilə yekunlaşacaq.

Redaktor.az bildirir ki, bu barədə report-a Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ali təhsilin bakalavriat səviyyəsində müvafiq ixtisas üzrə yekun dövlət attestasiyasının keçirilib-keçirilməməsi həmin ixtisasın təhsil proqramı ilə müəyyən olunur.

“2020-ci ildə bakalavriat səviyyəsi üçün qəbul edilən yeni məzmunlu təhsil proqramlarının bir qismi (təxminən yarısı) təcrübə ilə başa çatır. 2023/2024-ci tədris ilində məzun olacaq bakalavrların təxminən 60-70 faizi yekun dövlət attestasiyasından azaddır. Həmin tələbələrin təhsil proqramları sonuncu semestrdə təcrübə ilə yekunlaşacaq”, - nazirlikdən bildirilib.

Qurumdan həmçinin qeyd olunub ki, hər bir ixtisas üzrə daha dəqiq məlumat əldə etmək üçün tələbələr müvafiq ali təhsil müəssisəsinə müraciət edə bilərlər.