"Məsuliyyəti daha çox məktəb daşıyır" - Deputat biabırçı videodan DANIŞDI

 18:48 21.02.2024     701

"Yeniyetmələrin biabırçı hərkətində hər iki tərəf məsuliyyət daşıyır və bu tərəflərdən də biri məktəbdir".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Bakının 156 saylı məktəbinin 11-ci sinif şagirdinin biabırçı hərəkətləri barədə yayılan görüntüləri şərh edərkən deyib.

Deputatın fikrincə, şagird davranışının pozuntusunda daha çox məsuliyyəti məktəb daşıyır:

"Yəni məktəb öz düzgün rolunu bu prosesdə oynamalıdır. O mənada, məsuliyyəti yalnız bir tərəf daşımır. Mən düşünürəm ki, məktəb daha çox daşıyır. Məktəb daha çox təlim-tərbiyə işinə fikir verməlidir. Elm və Təhsil Nazirliyi bu istiqamətdə çox ciddi addımlar atmalı və tədbirlər görməlidir. Yəni biz burada hər iki tərəfin ciddi məsuliyyət daşıdığını düşünürük. Ona görə bu, çox önəmli, vacib bir məsələdir. Birinci olaraq məktəb direktorları, müəllimlər çox ciddi həssaslıqla seçilməlidir. Yəni müəllimlərin seçimi, direktorların seçimi çox önəmlidir. Valideynlə, şagirdlə düzgün münasibətin, işin qurulması çox önəmlidir. Bu, artıq birinci hadisə deyil, bir neçə dəfədir baş verir. Bu bullinq hadisələrinin qarşısını almaq üçün, düşünürəm ki, Elm və Təhsil Nazirliyi konkret tədbirlər planı hazırlamalıdır. Bu tədbirlər planına uyğun addımları atmalıyıq".

Humay İSGƏNDƏRLİ