Məişət zorakılığı ilə bağlı mövzular dərsliklərə SALINACAQ

 12:33 23.02.2024     775

Məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər genişləndirilir.

Redaktor.az xəbər verir ki, Milli Məclisin bugünki iclasında müzakirəyə çıxarılan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişiklikdə bu, öz əksini tapıb.

Layihəyə əsasən, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzular daxil ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Humay İSGƏNDƏRLİ