Şahlar Əsgərovdan Misir Mərdanova sərt sözlər - VİDEO

 14:13 27.02.2024     327

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bakupost-a müsahibəsində təhsil sahəsindəki problemlərdən danışıb.

Redaktor.az xəbər verir ki, o, təhsil naziri postuna təyinat aparılarkən, gənclərə deyil, yaşlı, təcrübəli və qərar qəbul etmək bacarığı olanlara üstünlük verilməli olduğunu bildirib.

Misir Mərdanov yaşlı və təhsil sahəsində kifayət qədər təcrübəli idi. Bəs o, niyə təhsil sahəsində dönüş yarada bilmədi" sualına cavabında isə Şahlar Əsgərov deyib:

"Misir Mərdanov sovet dövrünün yetişdirməsi idi. İnsanlar iki cür olur: introvertlər və ekstravertlər. Ekstravertlər o kəslərdir ki, millətin yolunda özünü qurban verər. İntrovertlər isə o kəslərdir ki, xalqın payından istifadə edə bilər. Buna görə də nazir təyin olunan şəxs yoxlanmalıdır: Bu adma kimdir? Dövlətə, yoxsa özünə qulluq edəcək?"

Bu baxımdan Şahlar ƏsgərovLidiya Rəsulovanın Təhsil naziri postuna təyinatının daha doğru olduğunu vurğulayıb.