"Alimlərə elə maaş vermək lazımdır ki, evi özləri ala bilsinlər" - Nazir

 12:25 29.02.2024     2322

"Gənc alimlərə ev verməkdənsə, onlara elə maaş vermək lazımdır ki, evi özləri ala bilsinlər".

Redaktor.az
xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında deyib.

Nazir hesab edir ki, gənclərə səlahiyyət vermək daha önəmlidir.

"Bizim məzunlarımız xaricdə təhsil alıb ölkəyə qayıtmağa başlayıblar. Amma geri qayıdıb nə edəcəklər? Geri qaytarıb onlara hansısa texniki işi gördürəcəyiksə, bu, lazım deyil, gənclərə müvafiq işlər verilməlidir. Onları ön sıralara çəkməliyik və bundan qorxmamalıyıq", - deyə Əmrullayev qeyd edib.