Hansı müəllimlər Qarabağ Universitetinə işə götürüləcək? - Nazir AÇIQLADI

 16:27 29.02.2024     640

“Qarabağ Universitetində çalışacaq müəllim və işçi heyəti yaşayış yeri ilə təmin ediləcək”. 

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almış, həmin müəssisələrdə akademik fəaliyyətlə məşğul olan azərbaycanlı ziyalıların bu universitetdə tədris prosesinə cəlbi nəzərdə tutulur: “Bildiyiniz kimi ötən gün artıq Qarabağ Universitetinə proqram rəhbəri vəzifəsi üzrə ilk vakansiya elan edilib. Digər vakansiyalar da açıq şəkildə elan ediləcək. Əsasən, yaxın ərazilərdən olan professor-müəllim heyətinin prosesə cəlb edilməsi nəzərdə tutulur. Ali təhsil müəssisəsi tələbə-müəllim əməkdaşlığı əsasında qurulacaq və burada yeni tədris modelləri tətbiq olunacaq”.