Emin Əmrullayevdən iş dəftərləri barədə vacib AÇIQLAMA

 16:59 29.02.2024     801

Siniflər üzrə iş dəftərlərinin ödənişsiz olması üçün iş aparılır.

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, dərslərə uyğun iş dəftərləri hazırlamaq lazımdır:
"Lakin sinifdə 3 nəfərdə iş dəftəri olanda, 5-ində olmayanda nəticə olmur. İş dəftələrinin dövlət büdcəsi və ya hansısa sponsorlar tərəfindən maliyyələşdirilməsi üzərində iş aparırıq".

Nazir həmçinin əlavə edib ki, ibtidai siniflər üzrə dərs yükünün azaldılması nəzərdə tutulmur, çünki bu, çox deyil.