"Builki imtahanlarda maksimal nəticələr göstərənlər olacaq" - Ekspert

 16:45 04.03.2024     412

"Ötən gün keirilən buraxılış imtahanı olduqca normal təşkil olunmuşdu. Sualların hazırlanmasında isə abituriyentlərin səviyyəsini nəzərə alaraq çox dəqiq suallar hazırlanmışdı".

Bunu Redaktor.az-a martın 3-də baş tutan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı haqqında danışan təhsil eksperti Elçin Əfəndi söylədi.

Ekspertin sözlərinə görə, bəzi abituriyentlər tərəfindən Azərbaycan dili mətnlərinin həcminin böyük olması irad kimi bildirilir:

"Amma yenə də builki mətn həcmləri ötənilki mətin həcmi qədər deyildi. Amma ümumilikdə bu ilin nəticələri ötən ildən daha yaxşı gözlənilir. Çünki sorğulara əsasən, nəticəsi yüksək olan abituriyentlər olacaq. Hətta maksimal nəticələr göstərənlər də olacaq. Ümumilikdə xarici dildən müəyyən bir yenilik var idi, abituriyentlər onu da cavablandırıblar. Artıq demək olar ki, prosesə uyğunlaşa biliblər, qəbul sistemini öyrənə biliblər. Nəzərə alsaq ki, bu ilin abituriyentləri ötənilki abituriyentlərə nəzərən pandemiya dövründən o qədər əziyyət çəkən abituriyentlər deyil. Yəni 1-2 il rahat normal hazırlıq keçə biliblər. Ondan əvvəlki dövrün abituriyentləri isə hazırlıq dövründə karantin rejiminin tətbiqi, 44 günlük müharibə ilə bağlı olan müəyyən məhdudiyyətlərdən əziyyət çəkirdilərsə, bu il imtahan verənlər üçün belə bir narahatlıq olmadığından imtahan məncə daha yaxşı olacaq. Ötən illərə nəzərən kitabçaların verilməsi isə əlavə müsbət bir məqamdır. Çünki növbəti illərdə imtahan verənlər ən azı imtahan suallarının modelilə, ümumi formatla tanış ola biləcəklər".

Humay İSGƏNDƏRLİ