"Kişi müəllimlərin sayının artırılmasına ehtiyac var" - Dövlət Komitəsi

 10:59 05.03.2024     724

"Azərbaycanda kişi müəllimlərin sayı azalıb, onların sayının artırılmasına ehtiyac var".

Redaktor.az-ın məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycan Standartlaşdırma İnstitutu və Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) birgə təşkilatçılığı ilə keçirilən “Standartlaşdırmada gender bərabərliyi” adlı tədbirdə deyib.

O, ümumilikdə təhsil sektorunda gender bərabərliyinin pozulduğunu deyib.

"Gender bərabərliyi ictimai həyatın bütün sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Lakin təhsildə gender bərabərsizliyi var. Kişi müəllimlərin sayı azalıb, kişi müəllimlərin sayının artırılmasına ehtiyac var. Bu balans pozulub. Biz dörd ildir gender bərabərliyi ilə bağlı qanunun icrası üçün məlumatlar toplayırıq", - deyə Qəhrəmanova bildirib.