DİM sədri şagirdlərin Azərbaycan dili biliklərinin səviyyəsini AÇIQLADI
Dövlət dili kimi Azərbaycan dili imtahanı yekun attestasiyaya daxil olan imtahandır.
Redaktor.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszdə deyib.
Onun sözlərinə görə, tədrisi digər dildə aparılan bölmələrdə (Azərbaycanda təxminən 10 faiz şagird rus bölməsində oxuyur, təxminən 3-5 faiz şagird isə ingilis dilində tədris alır) şagirdlər Azərbaycan dili imtahanını dövlət dili kimi verirlər.
“Bu, B1 səviyyəsində olan imtahandır. Tədris dili Azərbaycan dilində olan şagirdlərin verdiyi Azərbaycan dili imtahanında isə suallar B2 səviyyəsində olur”, - Abbaszadə bildirib.