"Təhsil müəssisələrində psixoloq ştatlarının artırılmasına böyük ehtiyac var"

 13:22 05.03.2024     858

"Uşaqlara qarşı zorakılığın mənfi nəticələri, zorakılığın yolverilməzliyi və ondan müdafiə mexanizmləri barədə maarifləndirmə tədbirlərinin gücləndirilməsinə, peşəkar və ixtisaslaşmış psixoloqlar cəlb edilməklə təhsil müəssisələrində mövcud psixoloq ştatlarının şagird sayına uyğun artırılmasına son dərəcə böyük ehtiyac var".

Redaktor.az xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisdə “Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsini təqdim edərkən deyib.

Müvəkkil eyni zamanda qeyd edib ki, narkotik asılılığından əziyyət çəkən yetkinlik yaşına çatmayan şəxslərin müalicəsinin təşkili məqsədilə ixtisaslaşdırılmış tibb müəssisələrində müvafiq şöbələrin yaradılması, narkoloji müalicə müəssisələrindəki sıxlığı və müalicə gözləyən şəxslərin sayının çoxluğu nəzərə alınaraq, belə müəssisələrin sayının artırılması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir üsulların tətbiq edilməsi üzrə tədbirlər görülməlidir.